Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Avropa çempionatı : 4 güləşçimiz yarımfinalda!

 

Azərbaycanın 4 yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Yenixeber.org xəbər verir ki, Rəşad Məmmədov (55 kiloqram), Murad Məmmədov (63 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) finala çıxmaq uğrunda mübarizə aparacaqlar.

İdmançılar yarımfinalda, müvafiq olaraq, Nuqzari Tsurtsumia (Gürcüstan), Ənvər Allahyarov (AİN), Aleksandr Komarov (Serbiya) və Rza Kayaalp (Türkiyə) ilə qarşılaşacaqlar.

Azərbaycanın digər təmsilçisi Sənan Süleymanov 1/4 finalda xorvotiyalı Antonio Kamenyaseviçə məğlub olub. Rəqib finala yüksəlsə, güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcək.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam