Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Qarabağ”ın futbolçusu: İlk oyunun nəticəsi "Braqa"nı təəccübləndirmədi

 

İlk oyunun nəticəsi "Braqa"nı təəccübləndirmədi. Çünki bizi tanıyırdılar, bu cür oynayacağımızı gözləyirdilər.

Yenixeber.org-un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

Braziliyalı hücumçu Braqada qeydə alınan 4:2 hesablı qələbənin komandanı arxayınlaşdırmayacağını söyləyib: “Maraqlı oyun olacaq. Rəqibimiz çox güclü komandadır. Matça ciddi hazırlaşmışıq. "Braqa" mövsümə başqa turnirdə başlamışdı, indi Avropa Liqasındadır. Bu da onların təhlükəli olduğunu göstərir. Doğma azarkeşlərimizin qarşısında oynamağımız önəmli faktordur. "Braqa" yaxşı komandadır. Oyunun taleyini detallar həll edə bilər. Buna diqqət yetirməliyik. Doğma azarkeşlərimiz qarşısında oynamağımız üstünlükdür".

Juninyo "Qarabağ"a qısa zamanda uyğunlaşdığını söyləyib: "Qarabağ" uzun illərdir avrokuboklarda iştirak edir, Avropa təcrübəsi var. Tez bir zamanda bura uyğunlaşdım. Bunda məşqçi amili, oturuşmuş komanda faktoru var. İnanıram ki, azarkeşləri sevindirəcəyik".

Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam