Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb

 

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi vaxt müəyyənləşib.

Yenixeber.org xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat Yayıb.

XVIII turun matçları martın 26-da olacaq.

Qarşılaşmalar Bakı və Gəncədə təşkil ediləcək. "Gəncə" klubu doğma meydanda UNEC-i qəbul edəcək. Görüş saat 15:00-da başlanacaq.

Eyni saatda "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə, saat 18:00-da "Murov Az Terminal" "Azərreyl"lə üz-üzə gələcək. Bu iki oyun Bakıda Voleybol Mərkəzində reallaşacaq.

Qeyd edək ki, "Azərreyl" 42 xalla liderdir. "Murov Az Terminal" 37 xalla ikinci, "Abşeron" 33 xalla üçüncü, "Gəncə" 24 xalla dördüncü pillədə qərarlaşıb. "Milli Aviasiya Akademiyası" 14 xala malikdirsə, sonuncu sıradakı UNEC-in xalı yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam