Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Juninyo ən çox qol vuran futbolçuların siyahısında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ildə keçirilən bütün turnirlərdə ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Yenixeber.org xəbər verir ki, “Qarabağ”ın hücumçusu Juninyo Olavio da siyahıya düşüb.

Braziliyalı forvard 26 qolla siyahının 45-ci pilləsində qərarlaşıb. O, il ərzində Premyer Liqada 10, ölkə kubokunda 5, avrokuboklarda 11 dəfə fərqlənib. Luis Suares və Koul Palmer kimi ulduz futbolçular da eyni sayda qol vurublar. Lakin Juninyo əlavə göstəricilərə görə onları qabaqlayır.

Ümumilikdə 54 futbolçunun yer aldığı cədvələ İsveç millisinin və “Sportinq”in hücumçusu Viktor Qyökereş başçılıq edir. O, bu il aktivinə 59 qol yazdırıb. Erlinq Haland (Norveç, “Mançester Siti”) 47 qolla ikinci, Harri Keyn (İngiltərə millisi, “Bavariya”) 46 qolla üçüncüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam