Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Millimiz dünya çempionu oldu- VİDEO

 

Meksikanın Mexiko şəhərində milli komandalar arasında Dünya kuboku keçirilib.

 

Xeberinfo.com:   Məlumata görə, 8-9 dekabr tarixlərində Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən yarışda kişilərdən ibarət yığma komandamız möhtəşəm uğura imza atıblar.

 

Yığma komandamızın baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev, Milad Beigi Hərçəqanı və Radik İsaev ilk görüşünü Belçika yığma komandasına qarşı keçirib.

 

Qarşılaşmada milli komandamız 57-31 hesabı ilə qalib gəlib. Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz (31-11) qrup mərhələsində yerlərini möhkəmlətmiş olublar. Qrup lideri kimi yarımfinala adlayan yığmamız Cənubi Koreya təmsilçiləri ilə görüşdə 48-30 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edib. Dünya kuboku uğrunda final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız rəqib üzərində inamlı qələbə qazanaraq (42-23) dünya kubokuna sahib olublar. Cənubi Koreya və Rusiya komandaları isə bürünc medala layiq görülüblər.

 

Azərbaycanın Taekvondo Federasiyasının (ATF) milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Meksikaya yollanan komandamız 14 dekabrda vətənə dönəcək.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam