Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

AFFA klubları 100 min manat cərimələdi

Topaz Premyer Liqasında 2015/16 mövsümünün ilk yarısında klublara 98200 manat cərimə tətbiq olunub.

Xeberinfo.com:   Məlumata görə, yüksək liqa klublarının ölkə kubokunda da 2200 manat cərimələndiyini nəzərə alsaq, AFFA-nın İntizam Komitəsi 10 ən güclü klubu ümumilikdə 100400 manatlıq cəza tətbiq edib.

İntizam Komitəsi daha çox AFFA-ya yaxınlığı deyilən klublara cəza kəsib. Belə ki, “Kəpəz” hamıdan çox – 18200, “Sumqayıt” isə 17800 manat ziyana düşüb. “İnter”ə də ilk 18 tur baha başa gəlib – 16400.

Əvvəlki illərdə böyük cərimələri ödəməsi ilə diqqət çəkən “Neftçi” və “Xəzər Lənkəran” növbəti pillələrdə yer alıb – müvafiq olaraq, 11800 və 7800 manat.

Premyer Liqaya bu il yüksələn “Zirə” 7600, “Rəvan” isə min manat az ödəyib. AZAL və “Qarabağ” nisbətən az – hərəyə 5000 manatlıq cəriməyə yol verib. Daha intizamlı olan “Qəbələ” isə cəmi 4200 manat ziyana düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam