Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Sumqayıt” rəhbərliyi bilet pulunu futbolçulara “yükləyir”

 

Topaz Premyer Liqasının ikinci yarısına Türkiyədə hazırlaşmaq qərarı verən “Sumqayıt” maraqlı addım atıb.

Xeberinfo.com:  Məlumata görə, klub rəhbərliyi çoxbilmişlik etmək qərarına gəlib.

 

Hazırkı maliyyə çətinliyi dövründə bir çox klublarımızın vətəndə qalmağa üstünlük verməsi başadüşüləndi. Bir çox komandamızın yaşamaq uğrunda mübarizə apardığı bir vaxtda 40-50 min dollara qənaət etməsi normaldı. İş ondadı ki, “Sumqayıt” rəhbərliyi həm komandanı Antalyaya aparmağı, həm də pul xərcləməməyi planlaşdırır.

 

Məlumata görə, prezident Kamran Quliyev Türkiyəyə gedib-qayıtmaq üçün lazım olan yol xərclərini futbolçuların “belinə yükləyib”. Komandanın bütün üzvləri Antalyada toplanış keçmək üçün özünə bilet almalıdı. Klub bununla öz xərclərini azaltmaq niyyətindədi.

 

Futbolçular durumdan narazı olsa da səslərini çıxara bilmirlər. Ancaq bəzi oyunçular rəhbərliyə etirazını bildirib. Onlar bilet almaq istəmədiklərinin deyib. Kamran Quliyev müxtəlif təzyiq vasitələri ilə onları istəyinə tabe etdirmək istəyir. Maaşdan pul tutmaq, cərimələmək, komandadan qovmaq kimi üsullarla hədə-qorxu gələn prezidentin istəyinə çatıb-çatmayacağı tezliklə bəlli olacaq.

 futbolinfo.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam