Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Azərbaycanda yalnız "Azərreyl”də eniş müşahidə olunur”

 

“Azərbaycan klubları haqda danışarkən, yalnız “Azərreyl”də eniş müşahidə olunur”.

 

Xeberinfo.com:   Məlumata görə, bunu Kazanın “Dinamo” voleybol klubunun baş məşqçisi Rişat Qilyazutdinov deyib.

 

Təcrübəli mütəxəssis qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan klublarının gücünə qiymət verib. A qrupunda “Azərreyl” və “Lokomotiv”lə qarşılaşan Qilyazutdinov bildirib ki, Bülənt Karslıoğlunun komandasında heyət əvvəlki ilə müqayisədə çox zəifləyib: “Həqiqətən də “Azərreyl” oyunçu seçiminə görə geriləyib. “Lokomotiv” isə çox yaxşı komandadı. Amma çox şadam ki, biz evdəki ilk oyunda onlara qalib gəldik. Bununla da cavab matçın nəticəsinə fikir verməmək imkanı qazandıq. Amma əsas amil odu ki, biz özümüz də güclənmişik. Bu da oyun planında artırmağımızla bağlıdı”.

 

Qeyd edək ki, qrup mərhələsində “Azərreyl”i hər 2 oyunda məğlub edən “Dinamo” “Lokomotiv”ə yalnız son turda uduzub. Onların yeganə məğlubiyyəti qrup liderliklərinə təsir etməyib. Bu səbəbdən də komanda Bakıda ikinci heyət oyunçularını sınayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam