Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Xəzər Lənkəran” 2000 manat cərimələndi

 

Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib.

 

Xeberinfo.com:  Məlumata görə, iclasda Topaz Premyer Liqasının 20-ci turunun oyunlarında baş verən xoşagəlməz olaylar müzakirə olunub. Yaşananlarla bağlı müvafiq qərarlar verən komitə 6 klubu cəzalandırıb. Turda 5 qırmızı vərəqə alan futbolçuların cəzaları fərqli olub.

Jairo Filyo Rodriges (“Neftçi”) “Rəvan”la, Emin Mehdiyev (“Sumqayıt”) “Zirə” ilə, Tagim Novruzov (AZAL) “Kəpəz”lə, Yasin Həmid (“Rəvan”) isə “Neftçi” ilə görüşdə ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırıb. Bu futbolçuların hər biri klubunu 200 manat ziyana da salıb. 6 oyunçusu sarı vərəqə alan “Rəvan” daha 1000 manat ödəməli olacaq.

“Qarabağ”la matçda birbaşa qırmızı vərəqə alan Ruslan Cəfərov isə 2 oyunluq cəzaya məruz qalıb. O, “Xəzər Lənkəran”ın 2000 manat cərimələnməsinə səbəb olub. Bu qarşılaşmada meydan sahiblərinin azarkeşləri stadiona limon atıblar. Arenaya kənar əşya atmaları klubun 2000 manat cərimələnməsi ilə nəticələnib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam