Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Almaniyada ilk medalımızı qazandıq

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə beynəlxalq Qran-Pri turniri davam edir.

 

Xeberinfo.com:  Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Belə ki, millimiz aktivinə mötəbər turnirin ilk medalını yazıdırıb. 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov ikinci pilləni tutub.

Cüdoçumuz finala gedən yolda belaruslu Aleksey Ramançuk, qazaxıstanlı Didar Həmzə, monqolustanlı Xadbatar Naranxu üzərində qələbə qazanıb.

Rüstəm yarimfinalda Gürcüstan cüdoçusu, London olimpiadasinin qalibi Laşa Şavdatuaşvilini məğlub edib. Lakin həlledici görüşdə Yaponiya təmsilçisi, dünya çempionu Şoşei Onoya uduzan Orucov Qran-Prinin gümüş medalını qazanıb.

Digər cüdoçularımız – Əbdülhəq Rəsullu və Rüstəm Alimli isə (hər ikisi 81 kq) mübarizəni erkən dayandırıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam