Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nizami Hacıyev Azərbaycanı tərk edir

 

"İnter"in kapitanı Nizami Hacıyev bu həftə Azərbaycanı tərk edəcək.

Xeberinfo.com:   Apasport.az-a istinadən xəbərə görə, "bankirlər" ölkə kubokunun 1/4 final mərhələsinin "Rəvan"la cavab görüşündə zədələnən 28 yaşlı futbolçunu xaricə göndərmək qərarına gəliblər.

MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçən Nizaminin əzələsinin dartıldığı üzə çıxmışdı. Klubun həkimləri onun ən azı 2 həftədən sonra məşqlərə başlayacağını açıqlamışdılar.

Paytaxt təmsilçisi Hacıyevin ölkə xaricində müayinə və bərpa olunmasının daha faydalı olacağını düşünüb. "İnter" rəhbərliyi bu yolla kapitanın təyin olunan vaxtdan tez sıraya dönməsinə nail olmaq niyyətindədi.

Nizaminin konkret hansı ölkəyə göndəriləcəyi isə hələ məlum deyil. Hazırda əcnəbi həkimlərlə danışıq aparan "bankirlər" seçimi həftəsonuna qədər edəcəklər.

Qeyd edək ki, "Rəvan"la çempionat görüşündə komandasına kömək edə bilməyən Hacıyevin XXVI tur çərçivəsində "Xəzər Lənkəran"a qarşı da oynamayacağı dəqiqdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam