Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Güləşçimiz ermənini məğlub edib olimpiadaya lisenziya qazandı

 

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Xeberinfo.com:   Məlumata görə, 74 kq çəki dərəcəsində yer alan 26 yaşlı pəhləvan bu nailiyyətə Serbiyanın Zrenyanin şəhərində keçirilən Avropa Təsnifat Turnirində imza atıb. 

Həsənov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşündə Aleksandru Burkanı (Moldova) - 10:0 hesabı ilə yenib. Ardından Kristian Brzozovskini (Polşa) də eyni hesabla yenən azərbaycanlı güləşçi yarımfinalda Suren Xaçatryanla (Ermənistan) qarşılaşıb. Bu dəfə təcrübəli güləşçi 51 saniyəyə rəqibini tam üstünlüklə məğlub edib. 

Beləliklə, finala yüksələn Həsənov, reqlamentə əsasən, olimpiadaya vəsiqəyə sahib çıxıb. 

Qeyd edək ki, bu, Azərbaycan güləşçilərinin üst-üstə 12-ci lisenziyası olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam