Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Yığmamız Avropa çempionatına qatılmaqdan imtina etdi

353517

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə qatılmayacaq.

Xeberinfo.com:   Apasport.az saytının məlumatına görə, buna səbəb yığmamızın komanda halında yarışdan imtina etməsidi.

Belə ki, son 6 ayda pul üzünə həsrət qalan voleybolçu və çalışdırıcılar Tiflisdə baş tutacaq seçmə görüşlərə getməkdə maraqlı deyil.
Vitamin, qida və nəqliyyat problemləri yaşayan komanda üzvlərinin meydana çıxması üçün heç formaları da yoxdu.
Mayın 19-da baş tutacaq seçmə mərhələnin oyunlarına yollanmaq üçün hələlik bilet belə alınmayıb.
Məlumatı apasport.az saytına yığmamızın baş məşqçisi Fərid Cəlalov da təsdiqləyib. O bildirib ki, komandanın durumu ürəkaçan deyil və millinin gələcək taleyi sual altındadı.
Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Gürcüstan, İsveç və İsveçrə ilə yanaşı I qrupda yer alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam