Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Trabzonspor”un yeni baş məşqçisi məlum oldu

ersun yanalMütəxəssis ilə 3 illik müqavilə imzalanacaq.

Xeberinfo.com:  Məlumata görə, komandanı yeni mövsümdən Ərsun Yanal rəhbərlik edəcək. Artıq Yanalla rəhbərlik arasında razılıq əldə olunub və bu həftə ərzində onunla 3 illik müqavilə imzalanacaq.

54 yaşlı mütəxəssis bu vəzifədə istefaya göndərilən Hami Mandiralını əvəz edəcək. Ərsun Yanal daha öncə 2007-2009-cu illərdə “Trabzonspor”u baş məşqçisi olub. 2013-2014-cü ildə isə “Fənərbaxça”nın baş məşqçisi olub. Ötən həftə “Trabzonspor” klubunun baş məşqçisi Hami Mandıralı işindən azad olunub.

Türkiyə çempionatının 33-cü turunda səfərdə “Antalyaspor” ilə keçirilən matçdan sonra baş məşqçinin dəyişdirilməsinə qərar verilib. Həmin matç trabzonluların 0:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Klubun rəsmi saytı baş məşqçi ilə yollarının ayrıldığını rəsmən açıqlayıb. Qovulmuş baş məşqçi Hami Mandıralı oyundan sonra komandanın bütün uğursuzluğunu öz boynuna götürüb. “Trabzonspor” cari mövsümdə 33 turdan sonra 40 xalla 12-ci pillədə qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam