Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

AVRO-2016: Fransa Almaniyanı məğlub etdi

 

 AÇ-2016-da ikinci finalçı bəlli olub.

 

Xeberinfo.com:  Apasport.az-ın məlumatına görə, Almaniya ilə Fransa milliləri qarşılaşmasında meydan sahibləri sevinən tərəf olublar.
 
Matç hər iki komandanın qarşılıqlı hücumları ilə başlayıb. Ancaq azarkeşlər ilk qolu görmək üçün birinci hissənin sonuna kimi gözləməli olublar. Oyunun 45-ci dəqiqəsində təyin olunan penaltini Antuan Qrizman dəqiq yerinə yetirib.
 
Almaniya ikinci hissədə bunun əvəzini çıxmaq üçün irəli atılsa da, əvəzində qapısında qol görüb. Sol cinahdan Poqbanın asmasından sonra kobud səhvə yol verən Noyerin xətasını Qrizman bağışlamayıb.
 
Bundan sonra oyunda başqa qol olmayıb və Fransa finalda Portuqaliyanın rəqibi olub.
 
Final qarşılaşması iyulun 10-da Parisin "Stad de Frans" stadionunda baş tutacaq. 
 
Almaniya və Uels yığmaları üçüncü yer uğrunda mübarizə aparacaqlar.   
 
Avropa çempionatı
Yarımfinal mərhələsi
7 iyul
 
Almaniya - Fransa - 0:2
Qol: Qrizman, 45 (pen.), 72
Baş hakim: Nikola Ritsoli
Marsel. “Velodrom” stadionu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam