Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rusiyanın Olimpiadaya buraxılmamasına baxılır

Beynəlxalq Olimpia Komitəsi (BOK) bildirir ki, rusiyalı atletlərin gələn ay Rio de Janeyroda keçiriləcək Yay Olimpiya oyunlarında iştirakını əngəlləməkdən ötrü “hüquqi yolları” araşdıracaq.

Xeberinfo.com:   Qurum dövlətin dopinq qəbuluna sponsorluq etməsi iddialarıyla bağlı Rusiyanın yüksək rütbəli idman rəsmilərinə qarşı təhqiqat başlatdığını qeyd edir.

BOK iyulun 19-da yaydığı bəyanatda vurğulayır ki, Rusiya atletlərinə qarşı kollektiv qadağa qoymaq çağırışlarını götür-qöy edəcək.

Həmin gün BOK idarə heyəti telekonfrans keçirib. Daha öncə isə Ümumdünya Antidopinq Agentliyi (WADA) hesabatında Rusiyaya qarşı dopinq iddialarını incələyib. Agentlik bildirib ki, 2014-cü il Soçi Olimpiadası, eləcə də digər yarışmalarda atletlərin dopinqdən istifadəsi dövlətin nəzarəti altında ört-basdır olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam