Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rio-2016: Boksçu Elvin Məmişzadə 1/4 finala yüksəlib

31c1da0c6a0da6a44c10eb0ced24f6ff

Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilir.

Xeberinfo.com:   Apasport.az saytının məlumatına görə, günə yığmamızın lideri Yana Alekseyevna start verib.

60 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısının “siftə”si 1/4 finala təsadüf edib. Təmsilçimiz yarımfinala vəsiqə uğrunda çinli Jinxua Yinlə döyüşüb. Alekseyevna gözlənilmədən ilk 3 raundu rəqibindən zəif keçirib. Son raunddakı üstünlük isə heç nəyi dəyişməyib və idmançımız məğlub olaraq mübarizəni dayandırıb.

Alekseyevnadan sonra daha bir boksçumuz – Elvin Məmişzadə (52 kq) Rioda debüt qarşılaşmasına çıxıb. Dünya çempionumuz 1/8 finalda Oljas Sattibayevlə üz-üzə gəlib. Hər 3 raundda rəqibini aşkar üstələyən boksçumuz qalib gələrək 1/4 finala vəsiqə əldə edib. Məmişzadə bu mərhələdəki görüşünü avqustun 17-də keçirəcək. Onun rəqibi özbəkistanlı Şaxobidin Zairov olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam