Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Türkiyə çempionatının oyunları təxirə salınıb

 

     "xeberinfo.com":  Türkiyənin Manisa vilayətində kömür mədənində baş verən qəzaya idman qurumları da biganə qalmayıb. Məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) və Türkiyə Basketbol Federasiyası (TBF) keçirilməli olan matçları təxirə salıb.


      TFF bu gün və sabaha planlaşdırılan bütün qarşılaşmaların başqa vaxta keçirilməsini lazım bilib. Bu, təkcə peşəkar liqalara deyil, federasiyanın bayrağı altında keçirilən həvəskarlar səviyyəsində matçlara da şamil olunur.
 
      Federasiyanın yaydığı başsağlığında atılan digər addımlar da əksini tapıb: “Somada yaşanan və 3 günlük milli hüznün elan olunması ilə əlaqədar mayın 14-15-də keçirilməli olan daxili yarışlar çərçivəsində bütün qarşılaşmalar təxirə salınıb. Qərara əsasən, həmin matçlar mayın 16-18-də baş tutacaq. Bu oyunlar zamanı isə hakimlər və futbolçular meydana qara sarğı ilə çıxacaq, görüş zamanı musiqi səslənməyəcək və  ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. Bundan başqa, UEFA-ya müraciət edilib ki, 17 yaşadək futbolçular arasında  Avropa çempionatının final mərhələsinin mayın 15-də baş tutacaq Malta ilə oyununda da Somada ölənlərin xatirəsini əziz tutmaq üçün icazə verilsin”.
 
Basketbol çempionatında yüksək liqa, 2-ci dəstənin pley-off, 3-cü liqanın final matçları da təxirə salınıb. Bu qarşılaşmalar şənbə günü – mayın 17-də baş tutacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam