Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Azəryol” fəaliyyətini dayandırır?! -Daha bir klub dağılır

“Azəryol” voleybol klubu fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib.

Xeberinfo.com:   Apasport.az saytının məlumatına görə, buna səbəb komanda rəhbərliyinin voleyboldan kənara çəkilməsidi.
Belə ki, ötən mövsümdən komandanın sahibi olan “Azəryolservis” ASC artıq “Azəryol”u maliyyələşdirməkdən imtina edib. Klubun oyunçuları və məşqçilər korpusu istisna olmaqla, artıq digər işçilər Bakı təmsilçisinin düşərgəsini tərk ediblər. Bir sözlə, artıq “Azəryol”un ofisi də bağlanıb.

Komandanın köhnə rəhbərliyi isə yeni işinin icrasına başlayıb. “Azəryolservis”in sədri Saleh Məmmədov ötən ilin dekabrında Azərbaycan Həndbol Federasiyasının prezidenti seçildiyindən sabiq “voleybolçular” bundan sonra bu idman növünün inkişafı üçün çalışacaqlar. Artıq onlar bir sıra layihələrin startına da başlayıblar.

“Azəryol”un çempionata yeni adla başlaması da gözləniləndi. Lakin hələlik komandaya yeni sponsor tapılmayıb. Azərbaycan Voleybol Federasiyası isə sorğumuza cavab olaraq bildirib ki, işçilər yola salınsa belə, komanda mövsümü başa vuracaq.

Qeyd edək ki, ölkəmizdə hər il bir klubun dağılması ənənəvi hal alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam