Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Neftçi” növbəti dəfə məğlubiyyətə uğradı -Azərbaycan Premyer Liqası

neftci

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Yenixeber.org:  Məlumata görə, turun son oyununda “Neftçi” və “Zirə” komandaları üz-üzə gəlib.
“Bakcell Arena”da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. Hərçənd, hesabı “Neftçi” açıb. 60-cı dəqiqədə Daniel Seqovia penaltini dəqiq yerinə yetirib. Lakin cəmi 2 dəqiqə sonra Georgi Navalovski “Zirə”nin futbolçusu Təmkin Xəlilzadənin uzun reydindən sonra ötürməsini öz qapısına göndərib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə Milan Duriç qoyub.

Bu qələbədən sonra xallarını 29-a çatdıran “Zirə” 4-cü pillədə möhkəmlənib. “Neftçi” isə 20 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, turun digər görüşlərində “Qarabağ” səfərdə “Sumqayıt”a 4:0, “Qəbələ” “İnter”ə 2:0 hesabı ilə qalib gəlib. “Kəpəz” – AZAL matçı isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda turnir cədvəlinə 46 xala malik “Qəbələ” başçılıq edir. “Qarabağ” 45 xalla 2-ci, “İnter” 36 xalla 3-cü pillədə qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam