Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Qarabağ” “Neftçi”ni məğlub etdi -1/2 final matçı

 

qarabag neftci

“Qarabağ” komandası futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal matçında “Neftçi”ni məğlub edib.

Yenixeber.org:  Məlumata görə, Ağdam klubu rəqibini iki cavabsız qolla üstələyib.

“Neftçi”nin 80 illik yubileyi ilə bağlı təşkil edilən tədbirlərə təsadüf edən matçda Azərbaycan Kubokunun son qalibi olan “Qarabağ” ilk hissədə əcnəbi futbolçularının vurduğu qollarla qələbə qazanıb – 2:0. Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın heyətində Muarem Muaremlə Dino Ndlovu fərqləniblər.

Azərbaycan Kubokunun ilk yarımfinal matçında “Qəbələ” səfərdə “İnter”i 3:1 hesabı ilə üstələyib. Bu kollektivlər arasında cavab görüşləri aprelin 5-də keçiriləcək.

Azərbaycan Kuboku, ½ final, ilk oyun

30 mart (cümə axşamı)

“Neftçi” – “Qarabağ” 0:2

Qol: Muarem Muarem, 13. Dino Ndlovu, 29

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

“Bakcell Arena”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam