Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Monako” “Borussiya”nı məğlub etdi –Çempionlar Liqası

 

monako dortmund

Bu gün Çempionlar Liqasının ¼ finalının ilk oyununda “Borussiya” (Almaniya) “Monako”nu (Fransa) qəbul edib.

Yenixeber.org:  Məlumata görə, görüş “Siqnal İduna Park” stadionunda baş tutub və qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində 18 yaşlı Kilian Mbappe dubl edib, daha biri qolu isə Dortmund komandasının oyunçusu Sven Bender öz qapısına vurub. “Borussiya”nın heyətində isə Usman Dembele və Sindzi Kaqava fərqlənib. Matçın 17-ci dəqiqəsində “Monako”nun müdafiəçisi Fabinyo penaltini reallaşdıra bilməyib.

Görüş ötən gün baş tutmalı idi. Lakin alman klubunun avtobusunun qarşısında törədilən partlayış səbəbindən bu günə təxirə salınıb.

Cavab qarşılaşması aprelin 19-da keçiriləcək.

Çempionlar Liqası. 1/4 final. 1-ci oyun

“Borussiya D” – “Monako” – 2:3

0:1 – Mbappe – 19, 0:2 – Bender – 35 (avtoqol), 1:2 – Dembele – 57, 1:3 – Mbappe – 79, 2:3 – Kaqava – 84.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam