Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

FİFA AFFA-nı cərimələyib

 

Yenixeber.org: Dünən FİFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan son oyunlardakı neqativ hallara hüquqi qiymət verib.

 

FİFA bununla bağlı rəsmi saytındakı cədvəli yeniləyib.

 

Qurum ötən ay keçirilən Azərbaycan – Şimali İrlandiya matçını da unutmayıb. İyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada azarkeşlərin qeyri-etik davranışı AFFA-ya baha başa gəlib. Belə ki, məhz bu üzdən assosiasiya 2000 İsveçrə frankı (3500 manat) cəriməyə məruz qalıb. Bununla yanaşı, qarşıdakı oyunlarda eyni halın təkrarlanmamağı ilə bağlı xəbərdarlıq da edilib.

 

Qeyd edək ki, ötən il keçirilən San Marino – Azərbaycan (0:1) və Azərbaycan – Norveç (1:0) qarşılaşmalarına görə, FİFA AFFA-ya xəbərdarlıq göndərməklə kifayətlənmişdi. Sentyabrın 4-də San Marino səfərində azarkeşlərin davranışına, oktyabrın 8-də isə Norveçlə Bakıdakı matçın hər iki hissəsi vaxtından gec start götürdüyünə görə, assosiasiya xəbərdarlıq almışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam