Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Qarabağ”ın yeni transferi Bakıdadır

 

“Qarabağ” futbol klubunun yay transfer pəncərəsində heyətinə cəlb etdiyi Pedro Enriko artıq Bakıya gəlib.

Yenixeber.org: Bu barədə Axar.az-a klubdan məlumat verilib.

Futbolçu “Qarabağ”a keçidi və gələcək hədəfləri haqda açıqlamasında deyib: “Qarabağ”a gəlməmişdən əvvəl komandanın uğurları və hədəfləri haqda maraqlandım. Komanda, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Klubun bazası ilə tanış oldum. Burada futbolçular üçün hər cür şərait yaradılıb”.

“Qarabağ” Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdur. Mən də buraya öz oyunumla komandama kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədir. Komandamız üçün əlimdən gələni etməyə çalışacağam”, - deyə futbolçu qeyd edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam