Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycanlı atletlər beynəlxalq yarışdan uzaqlaşdırıldı

 

 

Ağır atletika üzrə Azərbaycan yığması bir il müddətinə beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılıb.

Yenixeber.org: Bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin saytında dərc olunan qərarda bildirilir.

Azərbaycan yığması ilə yanaşı beynəlxalq turnirlərdə Qazaxıstan, Rusiya, Belarus, Ermənistan, Türkiyə, Ukrayna və Moldova idmançıları da iştirak edə bilməyəcəklər.

2008 və 2012-ci illər yay olimpiya oyunları zamanı götürülən dopinq nümunələrinin təkrar yoxlanılması nəticəsində bu ölkələrin yığmaları üç və daha artıq müsbət nəticə veriblər.

Beləliklə, göstərilən ölkələrin milli komandaları 28 Noyabr - 5 Dekabr tarixlərində Amerikanın Anahaym şəhərində keçiriləcək dünya çempionatını buraxmalı olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam