Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Roma" "Qarabağ"la oyunu öncəsi təhlükədən qurtuldu

"Roma" "Qarabağ"la oyunu öncəsi təhlükədən qurtuldu

 

UEFA İntizam Komitəsi Çempionlar Liqasının III turu çərçivəsində Londonda İngiltərənin “Çelsi” və İtaliyanın “Roma” komandaları arasında keçirilmiş matçdakı irqçilik iddiaları ilə bağlı məsələyə baxıb

 

Yenixeber.org: Meydan sahiblərinin qaradərili futbolçusu Antonio Rüdiger 3:3 hesabı ilə başa çatan oyunun 77-ci dəqiqəsində Davide Zappakostanın əvəzinə meydana çıxarkən “Roma” azarkeşlərinin irqçi davranışlara yol vermələri təsdiqini tapmayıb. Bu səbəbdən UEFA İtaliya klubunu cəzalandırmayıb.

Qeyd edək ki, Almaniya yığmasının əslən Syerre-leonedən olan müdafiəçisi bu ilin yayında 35 milyon avro qarşılığında məhz “Roma”dan “Çelsi”yə transfer olunub. İtaliyalı fanatların irqçi davranışlara yol vermələri ilə bağlı iddia doğru çıxsaydı, UEFA paytaxt klubunu Çempionlar Liqasında növbəti ev oyununu azarkeşsiz keçirmə cəzasına da məruz qoya bilərdi. Bu isə “Roma”nın dekabrın 5-də VI tur çərçivəsində “Qarabağ”la görüşdə tərəfdarlarının dəstəyindən məhrum olacağı anlamına gəlirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam