Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Gürcüstandan millimizlə oyundan imtinaya dair– AÇIQLAMA

Gürcüstandan millimizlə oyundan imtinaya dair

 

 

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib

 

Yenixeber.org:  Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

AFFA və Gürcüstan Futbol Federasiyası (GFF) arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

GFF-nin vitse-prezidenti, Bakının “İnter” klubunun (indiki "Keşlə" - S.T.) sabiq futbolçusu Aleksandr İaşvili də bu haqda danışıb: “Gürcüstan və Azərbaycan arasındakı yoldaşlıq matçı daha sonra baş tutacaq. Yaxın zamanda hər iki tərəf qarşılaşacaq. Bu mərhələdə millinin əsas hissəsi klublardadır və məşq prosesi fərqli ölkələrdəndir. 24 yanvarda Lozannada Millətlər Liqasının püşkü atıldıqdan sonra rəsmi təqvim açıqlanacaq və bütün yoldaşlıq matçlarının tarixi aydın olacaq”.  

Xatırladaq ki, millimiz yanvarın 30-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam