Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

AFFA baş məşqçini cəzalandırıb

 

AFFA baş məşqçini cəzalandırıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenixeber.org: İclasda Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” matçında baş verənlər geniş müzakirə olunub. Komitə oyunun video yazısını izlədikdən sonra “Zirə”ni 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat cərimələnib, baş məşqçi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyi üçün 5 oyunluq cəzalanıb, klub 4000 manat ziyana düşüb. Baş məşqçiyə verilmiş 5 oyunluq cəzanın 3 oyunu şərti tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində o, yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Qəbələ”nin futbolçuları Qismət Alıyev və Cavid Hüseynov, “Zirə”nin legionerləri Riçard Qadze və Sadio Tounkara aqressiv hərəkətlərə yol vermələri səbəbindən 2 oyunluq cəzalanıb, hər iki klub 3200 manat cərimə olunub. 

“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimələnib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

Komandanın məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam