Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Tayfur Əliyev Avropa çempionatının finalına yüksəlib- FOTO

 

Tayfur Əliyev Avropa çempionatının finalına yüksəlib

 

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında finalçıların adına aydınlıq gəlib. Azərbaycan millisinin boksçusu Tayfur Əliyev də adını həlledici döyüşə yazdırıb

Yenixeber.org:  56 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısı finala gedən yolda ispaniyalı Xose Giles Brotonsu mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (29:27, 29:27, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib.

Əliyev bu gün baş tutacaq həlledici görüşdə rumıniyalı Robert Eusebi Jitaru ilə üz-üzə gələcək.

Tayfurdan fərqli, Məhəmməd Abdullayev (+91 kq) finala adlaya bilməyib. Boksçumuz yarımfinalda italiyalı Aziz Abbes Muhidinə məğlub olub - 1:4 (27:30, 30:29, 26:30, 27:30, 27:30). Nəticədə Abdullayev Avropa çempionatını bürünc medalla başa vurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam