Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Neftçi"nin futbolçusu:"Finala yüksəlmək üçün bütün gücümüzü səfərbər edəcəyik"

 

 

"Kubok başqa bir turnirdir. Finala yüksəlmək üçün bütün gücümüzü səfərbər edəcəyik. Qələbəyə köklənmişik"

 

Yenixeber.org: Bunu "Neftçi" klubunun futbolçusu Kiril Petrov klub televiziyasına açıqlamasında söyləyib. 

Ukraynalı yarımmüdafiəçi daha sonra sıx qrafik barədə danışıb: "Digər çempionatlarda bütün mövsüm üç gündən bir oyun keçirilir. Biz isə mövsüm boyu ilk dəfədir ki, bu cür qrafiklə üzləşirik. Kubok matçında sonra Zirədə süni meydançada oynayıb yenidən təbii örtükdə çıxış etmək problem yarada bilər. Bununla belə, fiziki baxımdan da hazırıq və tələb olunan oyunu göstərə bilərik".

28 yaşlı futbolçu sonda azarkeşlərə səslənib: "Azarkeşlərdən ilk və cavab matçında əvvəldən axıra kimi bizi dəstəkləmələrini istəyirəm. Həm də təkcə kubok oyunlarında yox, çempionatın sonunadək bütün qarşılaşmalarda yanımızda olsunlar. Qarşıda hər qələbəsi 6 xala bərabər olan görüşlər olacaq. Buna görə də onların dəstəyi bizim üçün çox vacibdir. İstərdim ki, hər oyuna gəlib azarkeşlik etsinlər".  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam