Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Şəhriyar Məmmədyarov FİDE reytinqində geriləyib

 

 

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin may ayı üçün yeni reytinq siyahısını açıqlayıb

 

Yenixeber.org: İlk "100-lük"də Azərbaycanın 6 şahmatçısı yer alıb. Şəhriyar Məmmədyarov yeni reytinqə əsasən, 1 pillə geriləyib. 33 yaşlı qrossmeyster 2808 xalla 3-cü pillədə qərarlaşıb. FİDE reytinqinə 2843 xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir. İddiaçılar turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana isə 2818 xalla 2-ci yerdədir.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2751 xalla 16-cı, Rauf Məmmədov 2708 xalla 33-cü, Arkadi Naydiç 2697 46-cı, Eltac Səfərli 2657 xalla 92-ci, Qədir Hüseynov isə 2654 xalla 100-cüdür. Rəcəbov ötən siyahı ilə müqayisədə 2, Məmmədov 5, Səfərli 8 pillə irəliləyib. Əvəzində Naydiç 2, Hüseynov 4 pillə geriləyib.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam