Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib

 

 

2018-ci il “Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib

 

Yenixeber.org: Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, Bakıda 3-cü dəfə baş tutan “Formula 1” yarış həftəsonunda tamaşaçı iştirakı ötən illə müqayisədə 31 faiz artıb.

Bilet satışında isə 21 faiz artım qeydə alınıb. Bu il satılan biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür.

“Formula 1” dünya çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31 faiz artıb. Mövsümün gözlənilməzlikləri və həyəcanverici anları ilə dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Ümumi bilet satışının, təxminən, dörddə biri əcnəbi tamaşaçıların payına düşür.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi “Mercedes”in pilotu Lüis Hemilton olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam