Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Dünya çempionatına təyinat almış futbol hakimi həbs olunub

 Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2018-ci il dünya çempionatına təyinat almış hakim Fəhəd əl-Mirdasini ömürlük diskvalifikasiya edib

Yenixeber.org: Qurumun rəsmi saytına istinadən məlumatına görə, səbəb əl-Mirdasinin danışılmış oyunlarda iştirakıdır.
Daha əvvəl o, mayın 12-də keçirilmiş Kral Kubokunun final matçının hakimliyindən kənarlaşdırılıb. Bildirilir ki, referi mayın 11-də finalçı klublardan birinin rəsmi şəxsi ilə əlaqə quraraq, qələbəyə köməyi qarşılığında pul mükafatı tələb edib. Hazırda 33 yaşlı baş hakim həbsdədir.
Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşdə çalışıb.
Dünya çempionatı 14 iyun - 15 iyul tarixlərində Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam