Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda peşəkar boks gecəsi keçirilib -FOTO

 

 

 Maqdeburg (Almaniya) “Azərbaycan Mədəniyyəti” Cəmiyyəti, Heydər Əliyev adına Dünya Boks Komitəsinin və “Xocalı” İdman Klubunun təşkilatçılığı ilə Bakıda peşəkar boks gecəsi keçirilib.

Yenixeber.org: Tədbirə dünyanın müxtəlif ölkələrindən 15-dən çox idmançı qatılıb.

Tədbirdə çıxış edən Magdeburg (Almaniya) “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin sədri və “Heydər Əliyev adına Dünya Boks Komitəsi”nin prezidenti Yaşar Niftəliyev bildirib ki, boks gecəsi Azərbaycanın təbliği istiqamətində keçirilən silsilə tədbirlərin davamıdır. Gecədə Avropanın bir sıra ölkələrindən, o cümlədən, İran və Qazaxıstandan boksçular reytinq xarakterli 4 - 6 raundluq peşəkar mübarizə aparıblar.

Gərgin mübarizə şəraitində keçən mübarizədə 5 azərbaycanlı idmançısı qələbə qazanıb, 1-i məğlub olub.

Y. Niftəliyev bildirib ki, döyüşlərə azərbaycanlı idmançıların da qatılması onların dünya peşəkar boks arenasında yerlərinin möhkəmlənməsinə xidmət edir.

Qeyd edək ki, bu kimi peşəkar yarışlar Heydər Əliyev adına Dünya Boks Komitəsi tərəfindən 10 ildən çoxdur dünyanın müxtəlif ölkələrində təşkil olunur.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam