Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Firdovsi Umudova şər atırlar”- Üçqat dünya çempionu

“Firdovsi Umudova şər atırlar” - Üçqat dünya çempionu

Azərbaycan Güləş Federasiyasının (AGF) baş məşqçisi Firdovsi Umudovla yayılan rüşvət iddiası idmançıları ciddi narahat edir.
 Yenixeber.org: Bununla bağlı milli komandanın güləşçisi, üçqat dünya çempionu Hacı Əliyev açıqlama verib. O, Elçin Mürşüdov adlı şəxsin Firdovsi Umudova şərt atdığını, baş məşqçi barədə yayılan xəbərlərin uydurma olduğunu söyləyib.

"Bu insanı mən tanımıram. İllərdir millidəyəm, belə adamı görməmişəm. Həmin şəxs Firdovsi müəllim haqqında yalan danışır. Guya milli komandaya düşmək üçün bundan pul istəyiblər. Allahdan qorxmaq lazımdır. Milliyə düşmək üçün Azərbaycan çempionatında yer tutmaq lazımdır. Bu insanı kimlərsə öyrədib. Kimlərinsə uydurması ilə belə xəbərlər yayırlar. Hamısı yalandır. Firdovsi müəllimin paxıllığını çəkənlər bu cür iyrənc məlumatlar yaya bilərlər".

Qeyd edək ki, özünü Elçin Mürşüdov kimi təqdim edən şəxsin videoçıxışı yayılıb. O, çıxışında öncə sərbəst güləş üzrə ölkə çempionu olduğunu, daha sonra isə UFC-yə keçdiyini deyib. Bundan sonra qaydasız döyüş üzrə yığmaya cəlb olunmaq üçün sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Firdovsi Umudova müraciət etdiyini və bunun üçün ondan 4500 manat tələb olunduğunu açıqlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam