Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Formula 1-dəYENİLİK - 2020-ci ildə...

Formula 1-də YENİLİK - 2020-ci ildə...

2020-ci ildə Vyetnamın paytaxtı Hanoy şəhərində ilk dəfə olaraq Formula 1 yarışlarının mərhələsi keçiriləcək.

Yenixeber.org: Gələn həftə Hanoy trasının konfiqurasiyasının təqdimatı nəzərdə tutulur.

Yeni Qran-Prinin təqdimatına dəvətnamədə deyilir: “Hanoyun hakimiyyət orqanları FOM ilə kontrakt bağlayıblar. Beləliklə, 2020-ci ilin aprel ayından başlayaraq bu şəhər rəsmən Formula 1 mərhələsinin keçiriləcəyi yer olacaq”.

Hanoyun hakimiyyət orqanları əvvəlcə istəyirdilər ki, tras Köhnə Şəhərin yaxınlığındakı Hoankyem gölünün ətrafı ilə keçsin, lakin yekunda bu trası Mi Din stadionunun yaxınlığına keçirmək qərara alınıb, çünki orada yol paytaxtın mərkəzi ilə müqayisədə daha genişdir.

Formula 1 yarışlarının direktoru Çarli Uaytinq bu yaxınlarda Hanoya səfər edib. O əmindir ki, tras vaxtında hazır olacaq. Trasın bir hissəsi mövcud yolar boyunca keçəcək, bir hissəsi isə hələ tikilməlidir, lakin bu, problem yaratmamalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam