Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rus kanalından Rəşada qadağa- VİDEO

Bu görüntü üçüncü bir şəxs tərəfdən mobil telefonla çəkilib.

Yenixeber.org: Bir neçə gündür ölkə idman mətbuatında “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Rusiyanın “MATÇ” TV kanalına müsahibəsindən bir hissə yayımlanır.

Orada R.Sadıqovun işğal olunmuş Qarabağ bölgəsi haqda danışığı diqqət çəkir.

Bu videonu ilk olaraq “Qarabağ”ın rəsmi Feysbuk səhifəsi paylaşıb. Videoda diqqəti bir məqam çəkir. Bu görüntü peşəkar operator deyil, üçüncü bir şəxs tərəfdən mobil telefonla çəkilib. Ağdam klubunun səhifəsi də R.Sadıqovun işğal altındakı ərazilərimizlə bağlı fikrini Xocalı soqyırımının 27-ci ildönümü günündə paylaşıb.

Müsahibə özü ötən ilin oktyabrında, London “Arsenal”ı ilə Bakıdakı oyundan əvvəl götürülüb.

Qol.az-ın əldə etdiyi məlumata görə, əslində Rəşadın bu fikirləri Rusiya kanalında yayımlanmayıb. Ehtimal etmək olar ki, “Qarabağ”ın kapitanı Azərbaycan ərazilərinin işğal olunduğunu dediyi üçün efirə verilməyib.

Rəşadın senzuraya qalan fikirlərinin videosunu təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam