Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Separatçı respublikaların komandaları Qarabağa gəlir –Böyük qalmaqal

Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (ConiFA) futbol üzrə “Avropa kuboku” iyun ayında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçiriləcək.

Yenixeber.org: Sami milli futbol komandası da Qarabağda tanınmayan respublikalar arasında keçiriləcək turnirdə iştirak edəcək.

Bu barədə “Barents Observer” nəşrinin məlumatında deyilib.

Nəşrə görə, Şimali Avropa ölkələrini təmsil edən yeganə komanda Ukraynadakı rus separatçılarının komandasına qarşı oynayacaq.

“Barents Observer”ə görə, “Sami” milli komandasının oyunçularının çoxu Norveç vətəndaşlarıdır, amma oyunçuların arasında Finlandiya və İsveç vətəndaşları da var.

“Sami”nin baş məşqçisi Xokan Kuorak “Barents Observer”ə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmasa da, Dağlıq Qarabağa səfər etmək təhlükəsizdir.

Abxaziya və Cənubi Osetiya “respublikalarının” komandaları da yarışlarda iştirak edəcəklər.

“Sami” komandası isə ilk dəfə 2006-cı ildə Abxaziyada keçirilən ConiFA “dünya kuboku”nda iştirak edib.

Turnirin təşkilatçısı Müstəqil Futbol Federasiyaları Konfederasiyasıdır. Təşkilat rəsmi olaraq FIFA-ya daxil olmayan ölkələrin federasiyalarını təmsil etdiyini bildirir. (Teleqraf.com)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam