Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Çelsi” Bakıda çempion olan məşqçini - “Yuventus”a buraxmağa razılaşıb

“Çelsi” Bakıda çempion olan məşqçini “Yuventus”a buraxmağa razılaşıb

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Maurisio Sarrinin İtaliya təmsilçisi “Yuventus”a keçməsində problem qalmayıb.

Yenixeber.org:   60 yaşlı mütəxəssisin keçidi ilə bağlı iki klub arasında aparılan danışıqlarda prinsipial razılıq əldə olunub.

Turin klubu ingiltərəlilərə M.Sarri üçün kompensasiya ödəməyə razılaşıb. Bu kompensasiya razılaşdırılmış konkret məbləğ və idman nəticələrinə görə bonuslar daxil olacaq. 

“Yuventus”un idman direktoru Fabio Paratiçi və “Çelsi”nin direktoru Marina Qranovskaya arasında görüşdə keçidin son detalları müəyyənləşdiriləcək. Onun London klubundan artıq bu gün rəsmən ayrılacağı bildirilir.

Qeyd edək ki, M.Sarri 2018-ci ilin yayında “Çelsi”nin “sükanı arxası”na keçib. Onun yetirmələri Avropa Liqasının Bakıda keçirilən finalında “Arsenal”ı 4:1 hesabı ilə yenərək kuboku başı üzərinə qaldırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam