Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin -püşkü atılacaq

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Yenixeber.org:  İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada Azərbaycanın "Neftçi" və "Səbail" komandaları da iştirak edəcək.

Hər iki kollektiv səpələnmişlər səbətində yer alacaq.

Paytaxt təmsilçiləri nisbətən zəif komandalarla üz-üzə gələcəklər. Püşkə 45 klub və ilkin təsnifat mərhələsinin 7 cütü qatılacaq.

Püşkatmaöncəsi UEFA bölgülər aparıb və nəticədə Azərbaycan klublarının da potensial rəqiblərinin sayı azalıb. "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Azərbaycanın bu turnirdəki daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ölkə kubokunun qalibinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları isə iyulun 25-də və avqustun 1-də olacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam