Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Argentina Futbol Federasiyasının prezidenti - FIFA Şurasından qovulub

Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia FIFA Şurasından çıxarılıb.

Yenixeber.org: Qərar Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən qəbul olunub.

Buna Amerika Kuboku zamanı Tapianın mətbuata verdiyi açıqlama səbəb olub. İyulun 3-də dərc olunan açıq məktubunda Tapia Braziliya Futbol Konfederasiyasını tənqid edib. Onun sözlərinə görə, Argentina millisi hakimlərə və keyfiyyətsiz meydana görə yarımfinalda Braziliyaya 0:2 hesabı ilə məğlub olub.

CONMEBOL Tapianın ittihamlarının çox ciddi olduğunu hesab edib. FIFA Şurasının yeni üzvü üçün seçkinin yeni tarixi məlum deyil.

Qeyd edək ki, Amerika Kubokunu finalda Perunu 3:1 hesabı ilə məğlub edən Braziliya qazanıb.

Argentina millisinin kapitanı Lionel Messi də CONMEBOL-u tənqid edib. Ulduz futbolçu ciddi sanksiyalardan yayınmaq üçün qurumdan üzr istəməyə məcbur olub. Nəticədə hücumçu bir oyunluq cəzalandırılıb və 1500 dollar məbləğində cərimələnib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam