Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dünya çempionatı:Elmar Qasımov erməni rəqibini 78 saniyəyə ipponla məğlub edib

 

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.

Yenixeber.org:  100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıblar. Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Bu dəfə Qasımov 78 saniyəyə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. Azərbaycanlı cüdoçu 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarinini sınağa çəkəcək.  

Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finalda rəqibi yaponiyalı Aaron Volf olub. Kotsoyev ipponla uduzaraq, mübarizəni dayandırıb. 

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam