Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Həbib Nurməhəmmədov bu dəfə amerikalı rəqibi ilə döyüşəcək- Çempionat Əbu-Dabidə olacaq

Sentyabrın 7-də Dağıstan çempionu Həbib Nurməhəmmədovla amerikalı döyüşçü Dastin Puarye arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə döyüşçülərin mütləq çempionatı (UFC) üzrə döyüş keçiriləcək.

Yenixeber.org:  UFC kateqoriyası üzrə ən güclü idmançılardan biri hesab edilən H.Nurməhəmmədov indiyədək bu kateqoriya üzrə qalibiyyət kəmərini iki dəfə qorumağı bacarıb.

O, UFC döyüşlərində 27 dəfə qalib gəlib. D.Puarye isə çempionluq uğrunda ilk dəfə mübarizəyə qoşulacaq. O, 12 dəfə nokaut etməklə 25 dəfə qələbə qazanıb və 5 dəfə məğlub olub.

UFC çempionu Həbib Nurməhəmmədovla rəqibi arasında keçiriləcək qarşılaşmaya biletlərin hamısı satılıb.

Məlumata əsasən, döyüşə biletlərin qiyməti təxminən 70-2200 dollar təşkil edib.

Xatırladaq ki, rusiyalı idmançı ötən il oktyabrın 7-də irlandiyalı Konor Makqreqora Las-Vegas şəhərində keçirilən və əsrin döyüşü adlanan döyüşdə qalib gələrək dünya çempionu kəmərini müdafiə edib. H.Nurməhəmmədovun həmin döyüşdən əldə etdiyi qonorar iki milyon dollar olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam