Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rafael Ağayev - Karate1 Premyer Liqa turnirində finala yüksəlib

Azərbaycan karateçisi Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda keçirilən Karate1 Premyer Liqa turnirində finala yüksəlib.

Yenixeber.org:  75 kq çəki dərəcəsində çıxış edən idmançı bir-birinin ardınca Fransa, Özbəkistan və Mərakeşli rəqiblərini məğlub edib. Ağayev yarımfinalda ukraynalı idmançıdan da üstün olub. 

Bazar günü həlledici görüşdə rəqib, həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) olacaq.

Yarışın ilk günü ölkənin daha 3 idmançısı mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.

Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında karate yarışlarının keçiriləcəyi Nİppon Budokan idman zalında təşkil olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam