Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Qarabağ” 70-ci pillədə qərarlaşıb –UEFA klub reytinqi

Avrokubokların qrup mərhələsinin I turundan sonra klubların UEFA reytinqi açıqlanıb.

Yenixeber.org: Siyahıda Avropanın 421 klubu yer alıb.

Azərbaycan komandaları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Avropa Liqasının qrup oyunlarına “Sevilya”ya 0:3 hesablı məğlubiyyətlə başlayan Qurban Qurbanovun yetirmələri qitənin 70-cisidir. Hesabında 20,000 xal olan Ağdam təmsilçisini bir xal geridə olan “Partizan” (Serbiya), “Selta” (İspaniya), “Milan” və “Fiorentina” (hər ikisi İtaliya) klubları izləyirlər.

Digər Azərbaycan təmsilçilərindən “Qəbələ” 7,500 xalla 141-ci, “Neftçi” 3,750 xalla 270-ci yerdə qərarlaşıb. 3,550 xala malik “Səbail”, “Keşlə”, “Zirə” və “Kəpəz” 280-ci pilləni bölüşürlər.

Cədvələ İspaniya klubları başçılıq edir. “Real” (121,000) 1-ci, “Atletiko” (110,000) 2-ci, “Barselona” (109,000) 3-cü sırada qərarlaşıb. “Qarabağ”ın qrupdakı rəqiblərindən “Sevilya” 79,000 xalla 11-ci, APOEL 23,500 xalla 59-cu, “Düdelanj” 8,250 xalla 137-cidir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam