Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Sportinq” klubu stadionuna- Kriştianu Ronaldonun adını vermək istəyir

Portuqaliyanın “Sportinq” klubunun stadionunun adı dəyişdirilə bilər.

Yenixeber.org: Bunu Lissabon təmsilçisinin prezidenti Frederiko Varandas açıqlayıb.

O bildirib ki, “Joze Alvalade” stadionuna klubun sabiq futbolçusu Kriştianu Ronaldonun adını vermək niyyətitndədirlər: “Bu məsələni təxirə salmayacağıq. Onun adının bizimlə bağlı olması ilə çox fəxr edəcəyik. Kriştianu klubumuzun tarixində ən böyük rəmzlərdən biridir və belə də qalacaq. Artıq gənclər akademiyamızın divarlarında onunla bağlı dəyərləri əks etdirmişik. Sözsüz ki, Ronaldo bütün zamanların ən yaxşı portuqaliyalı futbolçusu, idman tarixinin ən yaxşı atletlərindən biridir”.

Qeyd edək ki, karyerası ərzində “Mançester Yunayted”, “Real” və “Yuventus”da oynamış K.Ronaldonun ilk klubu “Sportinq” olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam