Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Barselona” - “Real Madrid” oyununun yeri dəyişdirilə bilər

 

İspaniya çempionatında IX turun “Barselona” – “Real Madrid” oyununun yeri dəyişdirilə bilər.

Yenixeber.org: La Liqa rəhbərliyi siyasi liderlərin məhkəmə hökmlərinə etiraz əlaməti olaraq Barselonada keçirilən aksiyalara görə kluba müvafiq sorğu göndərib.

Matç oktyabrın 26-da “Nou Kamp”da baş tutmalıdır. Ancaq təşkilatçı qurum şəhərdəki gərgin vəziyyətin belə vacib görüşün keçirilməsinə mənfi təsir göstərə biləcəyindən qorxur. Ona görə də klublara oyunların yerlərini dəyişdirmək təklif olunub. Yəni, “Barselona”nın ikinci dövrədə “El-Klasiko”ya ev sahibliyi etməsi uyğun görülür.

“Barselona” artıq etiraz aksiyaları səbəbindən bəzi çətinliklərlə üzləşib. Kataloniya təmsilçisinin VIII turda “Eybar”la səfər oyununa avtobusla gedəcəyi gözlənilir. Aksiyalar şəhərdə tıxaclara səbəb olduğu üçün komanda hava limanına yollana bilmir. Daha öncə Xorvatiya millisinin düşərgəsindən qayıdan İvan Rakitiç aeroportdan şəhərə piyada getməli olub.

Qeyd edək ki, “Real Madrid” hazırda 18 xalla liderdir. “Barselona” isə 16 xalla 2-ci sıradadır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam