Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Eşli Uilyams:“Azərbaycanla oyun çox çətin olacaq”

“Millinin son iki oyunundan kənarda qalmağım üzücü idi. Yəqin ki, kənarda qalan digər futbolçular da eyni hissi keçirirdi”.

Yenixeber.org: Bunu İngiltərənin “Bristol Siti” klubunun və Uels yığmasının futbolçusu Eşli Uilyams deyib.

35 yaşlı futbolçu millisinin AVRO-2020-nin seçmə mərhələsindəki son qarşılaşmalara çağırılan heyətdən kənarda qalıb. E.Uilyams Slovakiya və Xorvatiya ilə matçlarda iştirak etməsə də, yığmanın kapitanı kimi qaldığını bildirib: “Mən hələ də millinin kapitanıyam. Yığmada oynamaq, komandaya kömək etmək istəyirəm. Klubumda yaxşı oynayıramsa, niyə də millidən kənarda qalım? Seçmə mərhələdə iki matçımız olacaq. Mən də tamamilə bu görüşlərə köklənmişəm. Hər şey çox sadədir. Son iki oyunda Azərbaycanla Macarıstana qalib gəlməliyik. İlk oyunumuz Azərbaycana qarşıdır. Bu oyun çox çətin olacaq. Ardınca Macarıstanla görüşəcəyik”.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu noyabrın 16-da keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam