Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Messi üçün özəl gecə:50-ci qol, dubl və 2 asist


 

 Ötən gecə İspaniya La Liqasının 11-ci turunda “Barselona” öz meydanında "Valyadolid"i qəbul edib.

Yenixeber.org: Matç katalonların qələbəsi ilə başa çatıb.

5-1 hesabı ilə bitən oyunda “Barselona”nın kapitanı Lionel Messi 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Komandanın digər qollarını Lenglet, Vidal və Suarez vurub. "Valyadolid"in yeganə qolunu isə Kiko “Barsa”nın qapısından keçirib.

Darmadağınla bitən bu qarşılaşma “Barselona”nın qol silahı Lionel Messi üçün əlamətdar olub. Belə ki, argentinalı hücumçu bu oyunda peşəkar karyerasında cərimə zərbəsindən 50-ci qolunu vurub. O, bu qollardan 44-nü “Barselona”da, 6-nı isə Argentina millisində vurub.

Bu mövsüm La Liqada 7-ci qələbəsini qazanan Kataloniya klubu hazırda 11 turdan (bir oyun az) sonra 22 xalla turnir cədvəlinə liderlik edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam