Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycan idmançıları koronavirusa görə yarışa gedə bilmədi

 

 

Livanın paytaxtı Beyrutda keçirilməsi planlaşdırılan para-taekvondo üzrə Açıq Asiya turniri ləğv edilib.

Yenixeber.org:  Türkiyə Taekvondo Federasiyasından "NTV Spor"a verilən açıqlamada yarışın koronavirusa görə baş tutmadığı bildirilir. Martın 2-də start götürməli olan yarışa Azərbaycan yığması da yollanmalı idi. Heyətdə 3 para-taekvondoçunun yer alması nəzərdə tutulmuşdu.  

Lakin Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Taekvondo Federasiyasından (ATF) "Report"a verilən açıqlamada Açıq Asiya turnirinin baş tutmayacağı təsdiqlənib. MPK-dan o da əlavə edilib ki, yarışın Təşkilat Komitəsi turnirin baş tutmama səbəbini açıqlamayıb.

ATF-nin Mətbuat xidmətinin rəhbəri Samir Məhərrəmov bununla bağlı onlara hansısa səbəbin deyilmədiyini vurğulayıb: "Komandamız yarışa getməyib və bunun üçün heyət baş məşqçi tərəfindən təqdim olunmayıb. Federasiyamıza koronavirusla bağlı məlumat verilməyib. Türkiyə mətbuatında elə yazılıbsa, yəqin, belədir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam